Atatürk hava limanında gərgin anlar: Azərbaycanlı şok yaşatdı - FOTOLAR

media-hightechnic-468x90

Moskvadan İstanbula, oradan da Bakıya uçmaq istəyən Elşad Hüseynzadə adlı şəxs Atatürk hava limanında gərgin anlara səbəb olub.

Yenicag.az xəbər verir ki, Rusiya vətəndaşı olan azərbaycanlı təyyarəyə gecikdiyi üçün terminalın qapısını sındırıb.

Belə ki, o, son anda təyyarənin uçuşa hazırlaşdığını, artıq “hava gəmisi”nin qapılarının bağlandığını görüb. Bu zaman terminalın qapısını sındıran azərbaycanlı təyyarəyə doğru qaçıb.

Hava limanının işçiləri çətinliklə də olsa, 45 yaşlı kişini dayandırmağı bacarıblar. Daha sonra isə polisə məlumat verilib.

İçkili olduğu ehtimal edilən Hüseynzadənin polis tərəfindən izahatı alındıqdan sonra sərbəst buraxılıb.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600