Xəbər verdiyimiz kimi, Türkiyə mətbuatı Mustafa Kamal Atatürkə İran şahı Məhəmməd Rza Pəhləvi tərəfindən hədiyyə edilən əsanın onlayn şəkildə hərraca çıxarılacağı barədə yazıb.
Yenicag.az TRT-yə istinadən xəbər verir ki, Atatürkə aid əşyaların satılmasının qadağan olmasına görə İstanbul Qaçaqçılıqla Mübarizə İdarəsi əməkdaşları əsanı hərraca çıxaran şirkətə gedərək onu müsadirə ediblər.
Araşdırmalar nəticəsində müəyyən eidlib ki, Atatürkün belə bir əsası olmayıb. Əsanı satmaq istəyən şəxsə qarşı hüquqi prosesin başladıldığı bildirilir.