!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Atəş açılan düşmən mövqeləri darmadağın edilməlidir” - Hərbi ekspert

!Reklam – Yazi

“Ermənistan Azərbaycanı adekvat tədbir görməyə məcbur edir”.

Bunu son günlər qeyri-qanuni erməni silahlı dəstələri üzvlərinin Ermənistanla sərhəddəki mövqelərimizlə yanaşı, Qarabağdakı hərbi postlarımızı da faktiki hər gün, fasiləsiz və intensiv atəşə tutmasına münasibəti bildirərkən ərbi ekspert Ədalət Verdiyev Yenicag.az-a açıqlamasında deyib.

O, Qarabağ ərazisində ermənilərin son günlər aktivləşdiyinin müşahidə olunduğunu deyib:

“Erməni təxribatı Azərbaycanın demək olar ki, Tovuz rayonundan başlamış, Kəlbəcər, Laçın rayonuna qədər ərazini, hətta Qarabağın rus sülhməramlıları nəzarəti altında olan bir neçə rayonu əhatə edir.

Ermənilər tərəfindən atəşkəs pozuntularını müxtəlif istiqamətlərdə hər zaman müşahidə edirik. Fərrux, Laçın istiqamətində erməni təxribatlarının sonda hansı nəticələrə gətirib çıxardığı hər kəsə məlumdur. Görünür, erməni tərəfi başına gələn müsibətlərdən, ağrılı-acılı faciələrdən doğru-dürüst nəticə çıxarmayıb.

Azərbaycan tərəfini təhdid etməkdə, Azərbaycan əsgərinin həyatına təhlükə yaratmaqda davam edir. Erməni təxribatlarının qarşısının alınması üçün adekvat tədbirlər bəs etmir. Təsirli adekvat tədbirlər görməyə məcbur edirlər. Atəş açılan düşmən mövqeləri darmadağın edilməli, həmin ərazilərdə Azərbaycan bayrağı qaldırılmalıdır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

402
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv