ATƏT sədri İlham Əliyevlə görüşəcək

media-hightechnic-468x90

92052Serbiyanın Xarici İşlər naziri və ATƏT-in indiki sədri İvitsa Daçiç Azərbaycan, Ermənistan və Gürcüstana səfər edəcək. Səfər zamanı sədr ölkə rəhbərləri və bir sıra rəsmi şəxslərlə, siyasi partiya nümayəndələri ilə görüşəcək.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, Daçiç iyunun 1-də prezident İlham Əliyevlə, parlament sədri Oqtay Əsədovla və Xarici İşlər naziri Elmar Məmmədyarovla görüşəcək. Bundan başqa, ATƏT sədrinin bir sıra siyasi partiya təmsilçiləri ilə də görüşəcəyi bildirilir.

Şənbə günü qurumun mətbuat xidmətindən verilən məlumatda həmçinin bildirilir ki, İvitsa Daçiç iyunun 2-də Gürcüstanda, 3-də isə Ermənistanda səfərdə olacaq və ölkələrin prezidentləri və bir sıra rəsmi şəxsləri ilə görüşəcək.

Xatırladaq ki, bir müddət əvvəl ATƏT sədrinin regiona səfər edəcəyi haqqında xəbərlər yayılsa da, səfərin dəqiq vaxtı bəlli deyildi.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600