Putinlə Tramp arasında görüş olacaq?
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında yaxın vaxtlarda danışıqların keçirilməsi nəzərdə tutulmur.
Yenicag.az xəbər verir ki, bu barədə TASS-a Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Konkret olaraq danışıqlar planlaşdırılmır”, – deyə Kremlin nümayəndəsi ABŞ lideri ilə söhbətin gündəmdə olub-olmaması barədə suala cavab verib.












