“ATƏT sədrindən xahiş etdim ki…”
“ATӘT-in fәaliyyәtdә olan sәdrindәn xahiş etdim ki, İrәvanda olarkәn azәrbaycanlı girovların mәsәlәsinә toxunsun. Onlar tezliklә öz vәtәnlәrinә qayıtmalıdır”.
Yenicag.az apa-ya istinadən xəbər verir ki, bu sözlәri Azərbaycanın xarici işlәr naziri Elmar Mәmmәdyarov ATӘT-in fәaliyyәtdә olan sәdri, Serbiyanın xarici işlәr naziri İvitsa Daçiçlә görüşdәn sonra keçirilәn mәtbuat konfransında deyib.
Nazir xatırladıb ki, ATӘT-in Minsk Qrupunun hәmsәdrlәri birbaşa Dağlıq Qarabağ münaqişәsinin hәlli ilә mәşğuldular: “Azәrbaycan münaqişәnin hәlli ilә bağlı son sәnәdlәr üzәrindә tam şәkildә işlәmәyә hazırdır. Gözlәyirik ki, İrәvanda keçirilən görüşlәrdә bu mәsәlә yerindәn tәrpәnәcәk”