!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

ATƏT Ukraynanı tərk edir

!Reklam – Yazi

ATƏT-in Xüsusi Monitorinq Missiyası Ukraynada fəaliyyətini başa çatdırır.

Yenicag.az xəbər verir ki, bu barədə Xüsusi Monitorinq Missiyasının hesabatında deyilir.

“Misiyanın bütün beynəlxalq üzvlərinin müvəqqəti təxliyəsi prosesi demək olar, başa çatıb. Son qrup – missiyanın rəhbəri və yüksək səviyyəli rəhbərlik indi Ukraynanı tərk edəcək”, – hesabatda deyilir.

Bundan əvvəl missiyanın bütün beynəlxalq üzvləri artıq ölkədən gediblər.

“Əvvəllər Kramatorsk və Severodonetskdə yerləşən missiyanın yerli üzvlərinin yerdəyişməsi davam edir, əvvəllər Mariupolda yerləşdirilənlərin yerdəyişməsi təhlükəsizlik baxımından təxirə salınıb. Missiyanın yerli üzvlərinin daha bir karvanı Kiyevdən hərəkətə başlayıb”, – xəbərdə deyilir.

Qeyd edək ki, bir neçə gün əvvəl ATƏT-in Ukraynadakı Xüsusi Monitorinq Missiyasının əməkdaşı Marina Fenina Xarkovun atəşə tutulması zamanı həlak olub.

COP29

www.yenicag.az

748
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv