Tramp: “İran ABŞ-nin bütün tələbləri ilə razılaşır”
ABŞ prezidenti Donald Tramp İranın Vaşinqtonun irəli sürdüyü bütün tələblərlə razılaşdığını iddia edib.
Yenicag.az xəbər verir ki, konqresdə jurnalistlərə açıqlama verən Tramp bildirib ki, Tehran ABŞ-nin istəklərini qəbul edir və bunun belə də olmalı olduğunu vurğulayıb.
“İran çox yaxşı davranır. Onlar mənim istədiyim hər şeyə razı olurlar. Və belə etməlidirlər, əks halda biz sadəcə geri dönüb etməli olduğumuzu edəcəyik”, – deyə ABŞ lideri qeyd edib.
Tramp həmçinin neft qiymətlərinin azalmasına diqqət çəkərək, bir barelin qiymətinin 70 dollara qədər endiyini bildirib və bunu müharibə şəraitində gözlənilməz hal kimi dəyərləndirib.
Xatırladaq ki, ABŞ və İran arasında qarşılıqlı anlaşma memorandumunun icrası ilə bağlı danışıqlar iyunun 21-22-də İsveçrədə keçirilib. Vasitəçilərin açıqlamasına görə, tərəflər arasında görüş konstruktiv atmosferdə keçib və gələcək texniki məsləhətləşmələr üçün zəmin yaradılıb.













