Xarici şəxslərin Azərbaycanın su bioresurslarından istifadə qaydaları və haqları müəyyənləşdirilir

media-hightechnic-468x90

 

media-banner_tuq

Xarici dövlətlərin fiziki və hüquqi şəxsləri Azərbaycan Respublikasının su hövzələrində balıq və digər su bioresurslarından istifadə edə bilərlər.

Yenicag.az xəbər verir ki, bu məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Balıqçılıq haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, xarici dövlətlərin fiziki və hüquqi şəxsləri Azərbaycan Respublikasında balıq və digər su bioresurslarından ölkənin normativ hüquqi aktlarında nəzərdə tutulmuş qaydada, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və digər beynəlxalq hüquq normalarına uyğun olaraq istifadə edirlər.

Xarici dövlətlərin fiziki və hüquqi şəxslərinin Azərbaycan Respublikasında balıq və digər su bioresurslarından istifadə haqqı və qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05