Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Attestat almaq istəyənlərin nəzərinə: Sənəd qəbulu başa çatır

Ümumi orta təhsil səviyyəsi (IX sinif) üzrə eksternat imtahanlarına sənəd qəbulu və qeydiyyat dekabrın 14-də başa çatır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Yenicag.az-a verilən məlumata görə, ərizələri ŞTİ tərəfindən qəbul edilmiş eksternlər 20-21 dekabr tarixlərində saat 10:00-dan 16:00-dək 258 nömrəli tam orta məktəbdən (şəxsiyyət vəsiqələrini təqdim etməklə) imtahana buraxılış vərəqələrini əldə edə bilərlər.

Qeyd edək ki, BŞTİ-nin əmrinə əsasən, eksternat imtahanları 25-26 dekabr tarixlərində paytaxtdakı 258 nömrəli tam orta məktəbdə təşkil olunacaq.

Sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən ümumi orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.

Onu da qeyd edək ki, eksternat imtahanlarında 16 yaşı tamam olmuş şəxslər iştirak edə bilərlər.

www.yenicag.az

7941
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100