!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avdeyevdən anti-Rüstəmov TƏLƏBİ: "Muradovun gedərkən erməni tərəfi ilə vidalaşması..." - Yeni təyinatdan GÖZLƏNTİLƏR

!Reklam – Yazi

“Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandiri Rüstəm Muradovun Zəngilan, Qubadlı kəndlərinin boşaldılması, sonra isə Kəlbəcər, Ağdam, Laçın proseslərindəki fəaliyyətini müsbət dəyərləndirirəm”.

Bu fikri Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandiri Rüstəm Muradovun yerinə Cənub Hərbi Dairə komandanının müavini Aleksey Avdeyev təyin olunmasını şərh edən hərbi ekspret Ədalət Verdiyev Yenicag.az-a açıqlamasında deyib.

Ədalət Verdiyev bildirib ki, sonrakı dövrlərdə Rüstəm Muradov Araiklə çox yaxınlaşdı: “Onun təhlükəli öpüşlərinin altını da çəkdik. Separatçı rejimin bayrağı önündə pozlar verdi”.

Hərbi ekspert qeyd edib ki, üçtərəfli bəyanatın şərtləri yerinə yetirilməyib, bu günə qədər də Qarabağdan erməni silahlıları çıxarılmayıb:

“Sülməramlıların əsas yerinə yetirməli olduğu missiya bu idi, Rüstəm Muradov isə bunu yerinə yetirmədi. Əksinə, ən azı iki dəfə Ermənistandan Qarabağ ərazisinə silahlıların keçməsi faktı təsdiqləndi. Bundan başqa digər ölkə vətəndaşları və maşınları yüklə birlikdə Azərbaycanın icazəsi olmadan Qarabağ ərazisinə daxil olurdu. Bunların hamısı yadımızdadır”.

“Aleksey Avdeyevin təyin olunmasına gəldikdə isə, bu şəxs bir neçə dəfə sülhməramlıların fəaliyyət göstərdiyi yerdə olub, ən azı bir neçə dəfə gedib-gəlib. Belə bir qəliz regionda fəaliyyətə başlamaq asan məsələ deyil. Bundan ötrü bəlli bir təcrübə və praktika lazım idi. Avdeyevin gəlişini 4 ay əvvəl gözləyirdik. Sonradan bu iş ləngidi. Avdeyevin Muradovun yol verdiyi səhvləri təkrarlamayacağını gözləyirik. Öz fəaliyyətində birgə bəyanatın şərtlərini əsas götürəcək. Rüstəm Muradovun gedərkən məhz erməni tərəfi ilə vidalaşması bir daha onu göstərir ki, Azərbaycan tərəfində ciddi üz yeri qoymayıb. Azərbaycan onunla vidalaşmağı ən azı rəsmiləşdirməyi lazım bilməyib. Bu da Azərbaycan tərəfinin Rüstəm Muradovun fəaliyyətinə verdiyi açıq qiymət kimi də dəyərləndirlə bilər. Yeni bir komandan mütləq Azərbaycan tərəfi ilə görüşməlidir. Çünki onlar fəaliyyətini Azərbaycan ərazisində həyata keçirirlər. O ərazilərin Ermənistana heç bir aidiyyatı yoxdur”, – deyə ekspert vurğulayıb.

Səxavət Məmməd

www.yenicag.az

1893
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv