Aviaqəzada yaralanan: "İş axtarmağa gedirdim"

media-hightechnic-468x90

Hazırda vəziyyətim yaxşıdır, bütün müayinələrdən keçiriblər.

media-banner_tuq

Yenicag.az “Report”a istinadən xəbər verir ki, bunu təyyarə qəzasında yaralanan Samir Dərvişov bildirib.

“Vəziyyətim yaxşıdır. Bizə çox yaxşı baxırlar. Bütün müayinələrdən keçiriblər. Qazaxıstanda da qayğımıza qaldılar”, – o qeyd edib.

Yaralının sözlərinə görə, o, Qroznıya atası ilə birgə gedirdi: “Həm qardaşımı görməyə gedirdik, həm də iş axtaracaqdım”.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05