!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

AVRO 2020-də rezonans yaradacaq FORMA - Rusiyadan Ukraynaya REAKSİYA

!Reklam – Yazi

Ukrayna Milli Futbol Komandası 2020 Avropa Futbol Çempionatına (AVRO 2020) yeni forma ilə qatılacaq.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, formanın üzərində Ukrayna xəritəsi və “Yaşasın Ukrayna!” şüarı qeyd edilib.

Üzərində Rusiya tərəfindən işğal olunmuş Krım da daxil olmaqla Ukrayna xəritəsi yer alan milli komanda forması Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) tərəfindən təsdiqlənib.

Ukrayna Futbol Federasiyasının prezidenti Andriy Pavlenko verdiyi açıqlamada bildirilib ki, Ukrayna Milli Komandası 2020 Avropa Futbol Çempionatına xüsusi forma ilə qatılacaq:

“Formanın ən vacib xüsusiyyəti və tilsimi hər ukraynalı üçün böyük əhəmiyyətə malik, hamımız üçün dəyərli olan ölkəmizin xəritəsi olacaq. Birləşmiş və bölünməz vətənimizin xəritəsi; Krım, Donetsk, Lugansk, Kiyev, Dnepr, Lviv, Odessa, bütün digər şəhər və kəndlər… ”

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova “Telegram” kanalında Ukraynanın turnirdə geyəcəyi forma ilə bağlı açıqlama verib.

“Ukrayna futbol komandası, Ukrayna torpaqlarını forma üzərindəki Rusiya Krımı ilə birləşdirdi. Bu, ümidsiz bədii akt qədər metafizikdir: guya bu onların gücünə güc qatacaq. Təəssüf ki, onların tək ümidi budur”, – deyə Zaxarova qeyd edib.

Zaxarova köynəkdəki “Yaşasın Ukrayna” şüarı ilə əlaqədar olaraq isə bildirib ki, bu, II Dünya Müharibəsi əsnasınd işlənib:

“Bu, Kiyevin dövlət təbliğatçılarının Ukraynanın daxilində və xaricində bir çox insanın Ukrayna Qiyamçı Ordusu, Stepan Bandera və II Dünya Müharibəsində törətdiyi cinayətlərlə əlaqəli şüarını gücləndirmək üçün yeni bir cəhdidir”.

Qeyd edək ki, 2020 Avropa Futbol Çempionatı, 11 İyun Cümə günü İtaliya – Türkiyə matçı ilə başlayacaq.

www.yenicag.az

519
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv