!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

AVRO-2024: Türkiyə milli komandasının şansları nə qədərdir?

!Reklam – Yazi

Avstriyanın hücumunun qarşısını almaq üçün Portuqaliya qarşısında 120 dəqiqə qüsursuz olan Sloveniya müdafiəsi lazımdır. Türkiyədə belə müdafiə yoxdur”.

Bu fikirləri Avropa Çempionatının 1/8 final çərçivəsində keçiriləcək Avstriya-Türkiyə matçında Türkiyə milli komandasının şanslarını dəyərləndirən idman jurnalisti Natiq Muxtarlı deyib.

Onun sözlərinə görə, Türkiyə-Avstriya qarşılaşması haqda fikir bildirərkən, qrup mərhələsinin oyunlarına istinad etmək lazımdır:

“Təəssüf ki, bu oyunlara görə Türkiyənin Avstriya qarşısında şansı yoxdur. Avstriya finala qədər irəliləyə biləcək səviyyədədir. Bu komandanın balanslı oyun sistemi var. Amma hücum xətti daha güclüdür. Türkiyə isə xaotik, intizamsız oynayır. Montellanın komandasının müdafiə olunmaq qabiliyyəti, demək olar ki, yoxdur. Avstriyanın hücumunun qarşısını almaq üçün Portuqaliya qarşısında 120 dəqiqə qüsursuz olan Sloveniya müdafiəsi lazımdır. Türkiyədə belə müdafiə yoxdur. Bu, daha çox mentalitet məsələsinə bağlıdır. Türk futbolçular müdafiə olunmağı yox, hücum etməyi sevirlər. Belə fəlsəfədə gərək hücumda əlinə düşən bütün imkanlardan yararlanasan. Amma nəzərə alaq ki, Avstriya çoxlu qol imkanları yaratmağa imkan verəcək komanda deyil. Avstriyanın oyunu İspaniya yığmasının oyununa bənzəyir. Türkiyə bu komandaya qalib gəlmək üçün ilk növbədə müdafiədə qüsursuz oynamalı və hücumda yaratdığı şanslardan maksimum istifadə etməlidir. Sözün düzü, bu qarşılaşmada Türkiyəyə şans tanımıram. Amma futbol həm də proqnozları sevmir. Bəlkə də türkiyəli futbolçular nizam-intizamlı komanda oyununa üstünlük verəcəklər. Amma qrup mərhələsinə istinad etməli olsam, buna inanmıram. Ona görə də, Avstriyanın mərhələ keçəcəyini düşünürəm”.

Mütəxəssis Niderland-Rumıniya oyunundan da söz açıb:

 

“Niderland-Rumuniya qarşılaşması haqda isə birmənalı fikir bildirmək çətindir.
Hər iki komanda qrup mərhələsində qeyri-sabit oyunla yadda qalıb. Rumıniya Ukrayna ilə oyunda nə qədər parlaq idisə, Belçika ilə qarşılaşmada bir o qədər əlacsız görünürdü. Amma bu komanda həm qol vurmağı bacarır, həm də müdafiə olunmağı. Niderland da həm özü oynayır, həm də rəqibə oynamaq imkanı verir. Amma bu komandaların qarşıdurmasında ehtiyatlı oyuna üstünlük veriləcəyini gözləyirəm. Avstriya Türkiyə ilə oyunda dominantlıq edəcək ilk dəqiqələrdən, çünki komanda kimi daha balanslı, güclü olduqlarını bilirlər. Amma Rumıniya-Niderland oyununda qüvvələr bərbər sayılır. Türkiyə-Avstriya oyununda bol qol gözləyirəmsə, bu qarşılaşmada oyunun taleyini bir qol da həll edə bilər”.

İsmayıl Bakuvi

www.yenicag.az

152
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv