AVRO-2024-ün açılış oyununun hakimləri bəlli oldu

media-hightechnic-468x90

Almaniya və Şotlandiya milliləri arasında keçirləcək Avropa çempionatının açılış oyununun hakimləri bəlli olub.

Yenicag.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı FIFA referisi Klement Turpin idarə edəcək.

Ona Nikolas Danos və Benjamin Pages yardımçı olacaq. Fransua Leteksye dördüncü hakim funksiyasını yerinə yetirəcək. VAR-da Jerom Brisard əyləşəcək. Onun köməkçiləri Willy Delajod və italiyalı Massimiliano İrrati olacaq.

Qeyd edək ki, iyunun 14-də baş tutacaq Almaniya – Şotlandiya matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. AVRO-2024-ə iyulun 14-də yekun vurulacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600