Basketbol millimiz səfərdə Lüksemburqa qalib gəldi
Kişi basketbolçulardan ibarət Azərbaycan millisi final mərhələsi 2029-cu ildə baş tutacaq Avropa çempionatının (“EuroBasket 2029”) ilkin seçmə mərhələsində növbəti oyununu keçirib.
Yenicag.az-ın məlumatına görə, Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv V turda səfərdə Lüksemburqla üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan millisinin qələbəsi ilə yekunlaşıb – 76:74.
Xatırladaq ki, bu nəticədən sonra xallarının sayını 7-yə çatdıran Azərbaycan millisi A qrupunda üçüncü pillədə qərarlaşıb. Lider Şimali Makedoniyanın 10, ikinci sıradakı Lüksemburqun 7, dördüncü yerdəki İrlandiyanın 6 xalı var.













