Avrokuboklarda final oyunlarının hakimləri…

media-hightechnic-468x90

İtaliyanın “İnter” və İngiltərənin “Mançester Siti” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının final oyununun hakimi bəlli olub.

Yenicag.az xəbər verir ki, qarşılaşma polşalı FIFA referisi Şimon Marçinyaka tapşırılıb.

İtaliyanın “Roma” və İspaniya “Sevilya”sı arasındakı UEFA Avropa Liqasının final görüşünü ingiltərəli Entoni Teylor idarə edəcək.

Nəhayət, İtaliyanın “Fiorentina” və İngiltərənin “Vest Hem” kollektivləri arasındakı UEFA Konfrans Liqasının həlledici qarşılaşmasında ispaniyalı Karlos Del Serro Qrande iş başında olacaq.

Qeyd edək ki, Çempionlar Liqasının finalı iyunun 10-da, Avropa Liqasının əsas matçı mayın 31-də, Konfrans Liqasındakı həlledici matç isə iyunun 7-də oynanılacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600