Vozinya oynayacağı komandanı seçdi – FOTO

media-hightechnic-468x90

Kabo-Verde milli futbol komandasının qapıçısı Vozinya (əsl adı Jozimar Joze Evora Diaş) karyerasını Çilini təmsil edən “Kolo-Kolo” klubunda davam etdirməyə qərar verib.

media-banner_tuq

Yenicag.Az xəbər verir ki, bu barədə tanınmış idman jurnalisti Fabritsio Romano “X” sosial şəbəkəsindəki hesabında məlumat paylaşıb.

Qırx yaşlı qolkiperlə müqavilənin rəsmiləşdirilməsi barədə yaxın günlərdə ictimaiyyətə açıqlama veriləcəyi gözlənilir.

Qeyd edək ki, Kabo-Verde yığması debüt etdiyi 2026-cı il dünya çempionatında uğurlu çıxışı ilə yadda qalıb.

2026-cı il mundialındakı mükəmməl oyunu sayəsində Vozinya sosial şəbəkələrdə böyük populyarlıq qazanıb. Hazırda onun “Instagram” hesabında 29.5 milyon izləyicisi var ki, bu da qapıçılar arasında rekord göstəricidir. Turnir başlamazdan əvvəl qolkiperin təqribən 50 000 abunəçisi var idi. İzləyici sayında kəskin artım qrup mərhələsinin ilk turunda İspaniyaya qarşı keçirilən və qapıçının qol buraxmadığı sensasiyalı matçdan sonra başlayıb.

Vozinya oynayacağı komandanı seçdi - FOTO

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05