Avroliqanın finalı məşhur hakimə tapşırıldı

media-hightechnic-468x90

UEFA Avropa Liqasının final oyunu çərçivəsində Bakıda keçiriləcək “Çelsi” – “Arsenal” matçına təyinatlar açıqlanıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, qarşılaşmanı İtaliyadan olan hakimlər briqadası idarə edəcək.

Oyunun baş hakimi italiyalı məşhur referi Canluka Rokkidir. Ona bu işdə Filippo Meli və Lorenso Manqanelli kömək edəcək. VAR hakimi Massimiliano İrrati, köməkçisi Marko Qvida və Şimon Şarçinyak olacaq. Oyunun 4-cü hakimi funksiyasını isə Daniele Orsato yerinə yetirəcək.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma mayın 29-da, saat 23:00-da start götürəcək.

Emin

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05