Avropa Birliyi ilə Azərbaycan arasında viza rejimi ləğv oluna bilər

media-hightechnic-468x90

asimmollazade“Azərbaycan Avropa Birliyi ilə enerji sahəsində tərəfdaşlıqla bağlı saziş imzalayıb. Ümidvaram ki, yaxın müddətdə Azərbaycan Avropa Birliyi ilə strateji tərəfdaşlıq, bir sıra siyasi məsələləri əhatə edən sazişi də imzalayacaq”.

Bunu azadinform-a millət vəkili Asim Mollazadə deyib.
O, bildirib ki, bizim imzaladığımız sənədlər vizaların yüngülləşdirilməsi ilə bağlı gələcəkdə Azərbaycan Avropa Birliyi ölkələri arasında viza rejiminin ləğv olunmasına da gətirib çıxara biləcək: “Ən əsası Azərbaycanı bu gün maraqlandıran istiqamətlər təhsil və mədəniyyətlə bağlıdır. Azərbaycan tələbələri artıq vizaların yüngülləşməsi hesabına asanlıqla Avropanın istənilən universitetində öz təhsilini davam etdirə bilirlər. Bizim üçün də əsas amillər bundan ibarətdir. Avropa Birliyinə üzv olmağa gəlincə, “Şərq Tərəfdaşlığı” proqramı dəfələrlə Avropa Birliyi tərəfindən qeydə alınıb. Heç bir imtiyaz belə bir proqramda iştirak edən ölkəyə verilmir. Azərbaycanın da Assosiasiya sazişini imzalamamağının səbəblərindən biri də ondan ibarətdir ki, ölkəmizin dünyanın bir sıra bazarları ilə çox ciddi münasibətləri var. Azərbaycanın ticarət əlaqələrinə baxsaq bura ABŞ, Çin, Cənubi Koreya və s. böyük dövlətlər daxildir. Onun üçün Gömrük İttifaqı, Avrasiya İttifaqında özümüzü məhdudlaşdırmaq istəmirik. Avropa Birliyindən də həmçinin. Avropa Birliyi bizim çox gözəl tərəfdaşımızdır. Onlarla əməkdaşlığımız davam edəcək və əminəm ki, getdikcə də güclənəcək. Riqa sammitində də Azərbaycan iştirak etdi. Prezidentin iştirak etməməsi bu prosesə heç bir xələl gətirməyəcək”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600