Avropa Birliyindən Ukraynaya zərbə

media-hightechnic-468x90

img1829144Avropa Birliyi Şərq tərəfdaşlığının komissarı Yohannes Xan bəyan edib ki, AB ölkələri Ukrayna iqtisadiyyatına daimi olaraq pul yardımı edə bilməz.

Avropa.info xəbər verir ki, Yohannesin sözlərinə görə Kiyev ölkənin şərqində baş verən münaqişəyə baxmayaraq, öz iqtisadi problemlərini özü həll etməlidir.

“Bir ölkənin iqtisadiyyatına daim pul sərf edəcəyimiz situasiya bizim üçün qətiyyən qəbuledilməzdir” – deyə Xan bildirib.

Avropa əmindir ki, Ukrayna Donbasdakı münaqişəni həll edə bilər. Bütün hərbi xərcləri isə özü ödəməlidir.

Ukrayna prezidenti Pyotr Poroşenko 2020-ci ildə ölkəsinin Avropa Birliyinə daxil olmasını planlaşdırır. Ancaq AB-ə daxil olmaq istəyən ölkənin dövlət borcu ÜDM-in 60%-dən çox olmamalıdır. Ukraynanın isə dövlət borcu artıq 100%-i keçib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600