Avropa çempionatı: Azərbaycan millisi seçmə mərhələdə Türkiyəyə qalib gəlib

media-hightechnic-468x90

Qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Yenicag.az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv B Liqasının I qrupunda Türkiyə yığmasını qəbul edib. “Liv Bona Dea Arena”da oynanılan qarşılaşma Azərbaycan yığmasının 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçın yeganə qoluna Nigar Mirzəliyeva imza atıb.

Mayın 31-də baş tutan ilk oyunda milli komanda səfərdə qardaş ölkəyə 0:1 hesabı ilə məğlub olub.

Qeyd edək ki, qrup mərhələsinin ilk dörd turundan sonra Türkiyə seçməsinin aktivində 6, Azərbaycan yığmasında isə 4 xal var./Azertag/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600