Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Avropa çempionatı başlayır - HEYƏT bəllidir

Reklam: Sinerji Pro

Bu gün Macarıstanın Szombathely şəhərində güləş üzrə U-23 Avropa çempionatı start götürəcək.

Yeniçağ.Az xəbər verir ki. aprelin 2-ə qədər davam edəcək yarışda 19-23 yaş arası idmançılar güləşəcək. Çempionatda ilk olaraq sərbəst güləşçilər mübarizə aparacaq. Yığma komandanın böyük məşqçisi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında Pərviz İbrahimov (57 kq), Əli Rəhimzadə (61 kq), Teymur Məmmədov (65 kq), Hacımurad Ömərov (70 kq), İsmayıl Abdullayev (74 kq), Kənan Əliyev (86 kq), Pərviz Axundov (97 kq) və Umar İsrailov (125 kq) çempionatda ölkəmizi təmsil edəcək. Böyük məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında çempionatda 7 qadın güləşçimiz iştirak edəcək.

Yarışda ölkəmizi Türkan Nəsirova (48 kq), Leyla Qurbanova (53 kq), Solmaz Həşimzadə (55 kq), Alyona Kolesnik (58 kq), Tatyana Omelçenko (60 kq), Elmira Qəmbərova (63 kq) və Elis Manolova (69 kq) təmsil edəcək. Avropa çempionatının son iki günündə yunan-Roma güləşçiləri mübarizəyə qoşulacaq. Gənclərdən ibarət yığma komandanın böyük məşqçisi Şaban Donat və məşqçi Zöhrab Abbasovun rəhbərliyi altında çempionata Murad Məmmədov (59 kq), Sənan Süleymanov (66 kq), İslambek Dadov (71 kq), Ruhin Mikayılova (75 kq), Elton Vəzirzadə (80 kq), Arif Niftullayev (85 kq), Orxan Nuriyev (98 kq) və Oyan Nəzəriani (125 kq) yollanacaq. Çempionatda görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Natiq Hacıyev təmsil edəcək.

 

Yeniçağ.Az

www.yenicag.az

130