2 sərbəst güləşçimiz AÇ-nin finalına yüksəldi

media-hightechnic-468x90

Azərbaycanın iki sərbəst güləşçisi İtaliyanın Kaorle şəhərində keçirilən U20 Avropa çempionatının finalına yüksəlib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

Vasif Bağırov (57 kq) türkiyəli Nurettin Kapala (tuş) və macarıstanlı Karoli Barata (10:0) vaxtından əvvəl qalib gələrək yarımfinala yüksəlib. Vasif yarımfinalda moldovalı Yon Bulqaruya da heç bir şans tanımayıb – 8:1. Ardıcıl 2-ci dəfə qitə birinciliyinin finalına vəsiqə qazanan Bağırov sabah həlledici görüşdə gürcüstanlı Nika Zanqaladzeylə güləşəcək.

Hacı Kərimov (65 kq) debütdə italiyalı Alessandro Ninini minimal fərqlə (4:3) üstələsə də, 1/4 finalda gürcüstanlı Lazare Qucaraidzeyə “tuş”la uduzub.

İsmayıl Rəhimli (70 kq) macarıstanlı Jozef Tota tam üstünlüklə (10:0) qalib gəlsə də, 1/8 finalda türkiyəli Remzi Temura məğlub olub – 0:4.

Muradxan Omarov (79 kq) türkiyəli Huseyin Kabaktaşa 5:2 və ermənistanlı Narek Nikoqosyana 7:3 hesabı ilə qalib gələrək yarımfinala adlayıb. Muradxan yarımfinalda avstriyalı Muxammad İnşapiyevi çətinlik çəkmədən məyus edib – 11:0. Omarov sabah finalda gürcüstanlı Davit Çetçelaşviliylə qarşılaşacaq.

Rəvan Musayev (97 kq) türkiyəli İbrahim Beneklini (6:1) mübarizədən kənarlaşdırsa da, 1/4 finalda gürcüstanlı Konstantin Petriaşviliyə 4:12 hesab ilə məğlub olub. Rəqib finala yüksəldiyi üçün Rəvan sabah təsəlliverici görüşdə macarıstanlı Peter Şivnovskiylə üz-üzə gələcək.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05