“Qəbələ” heyətinə daha bir futbolçu qatdı

media-hightechnic-468x90

Yeni mövsümün transfer çalışmalarını davam etdirən “Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

Yenicag.az xəbər verir ki, qanalı mərkəz müdafiəçisi İsaak Amoah “qırmızı-qaralar”ın uğurları üçün çalışacaq. 24 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

Amoahın son klubu ötən mövsümün ikinci yarısında formasını geyindiyi İspaniyanın 3-cü liqa təmsilçisi “Atletiko Sanlukenyo” olub. O, bunadək İspaniyada “Valyadolid”in U-19 və əvəzedici komandaları, həmçinin “Algesiras”, “Tarazona”, Polşada “Poqon Siedlse” klublarında çıxış edib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa