Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

Avropa çempionatı: Qadın güləşçimiz finalda

Reklam: High Technic

İtaliyanın paytaxtı Romada güləş üzrə Avropa çempionatı davam edir.

Yenicag.az Trend-ə istinadən bildirir ki, dördüncü yarış günündə qadınlardan ibarət yığmamızın son 4 üzvü mübarizəyə qoşulub.

Tatyana Varansova ilk görüşdə İspaniya təmsilçisiylə üz-üzə gəlib. Mingəçevir güləş məktəbinin yetirməsi hesabda 2:5 geridə olsa da, əzmkarlıq nümayiş etdirərək yekunda qələbə qazanıb. Ancaq 1/8 finalda Hollandiya güləşçisi qarşısında aciz qalıb. Rəqibin finala çıxması həmyerlimizə təsəlliverici görüşə çıxmaq şansı verib.

Alyona Kolesnik gözlənilmədən ilk mərhələdə Norveç təmsilçisinə vaxtından əvvəl uduzub. Ancaq rəqib finala yüksəldiyi üçün yığmamızın üzvü fevralın 14-də 3-cü yer uğrunda güləşəcək.

Mübarizəyə 1/4 finaldan qoşulan Elis Manolova startda dünya və 2 qat Avropa çempionu Petra Olliylə qarşılaşıb. Təmsilçimiz ötən il Buxarestdə olduğu analoji yarışda olduğu kimi, yenə titullu rəqibinə qalib gəlib və yarımfinala yüksəlib. Rusiya güləşçisinə də gücünü göstərən Manolova ardıcıl 3-cü dəfə Avropa çempionatının finalına adlayıb.

www.yenicag.az

322