Avropa İttifaqından azərbaycanlı milyarder Fərhad Əhmədovla bağlı QƏRAR

media-hightechnic-468x90

Avropa İttifaqı üç rusiyalı milyarderə qarşı sanksiyaları uzatmayacaq.

Yenicag.az xəbər verir ki, bu barədə iki diplomatik mənbə çərşənbə axşamı Reuters-ə məlumat verib. Onlar bildiriblər ki, Avropa İttifaqı Ukraynadakı müharibəyə görə hədəfə alınan üç şəxsə qarşı sanksiyaları cari cəza tədbirləri bu həftənin sonunda başa çatdıqda uzatmayacaq.

Söhbət rusiyalı iş adamı Qriqori Berezkin, milyarder Fərhad Əhmədov və Rusiyanın “Ozon” elektron ticarət şirkətinin keçmiş rəhbəri Aleksandr Şulqindən gedir.

Hər altı aydan bir yenilənən sanksiyaların tətbiqi üçün Aİ-yə bloka üzv olan 27 ölkənin hamısının yekdilliyi lazımdır. Növbəti sanksiyalar paketinin müddəti sentyabrın 15-də başa çatır.

Xuraman Etibarlı

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600