Avropa İttifaqının Rusiyaya qarşı yeni sanksiyalar paketi qüvvəyə minib

media-hightechnic-468x90

Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı yeni sanksiyalar paketi qüvvəyə minib.

Yenicag.az-ın xəbərinə görə, bu barədə Avropa İttifaqının rəsmi jurnalında məlumat verilib.

“Bu qərar dərc edildiyi gündən qüvvəyə minir”, – deyə jurnalda bildirilib.

Sanksiya siyahısında kinorejissor Karen Şaxnazarovun da adının olduğu bildirilib. Bundan başqa, Vernadski adına Krım Federal Universitetinin rektoru Vladimir Kuryanova qarşı da sanksiyalar tətbiq edilib.

Avropa İttifaqı həmçinin Rusiyadan olan 22 banka, o cümlədən “T-Bank”, “Surqutnefteqazbank” və “Bank Sankt-Peterburq”a məhdudiyyətlər qoyub.

Xatırladaq ki, Avropa diplomatiyasının rəhbəri Kaya Kallas ötən gün bildirmişdi ki, Aİ ölkələrinin daimi nümayəndələri Rusiyaya qarşı 18-ci sanksiyalar paketi ilə bağlı razılığa gəliblər. Məhdudiyyətlər “Şimal axını” qaz kəmərlərinin fəaliyyətinə təsir göstərəcək. Eyni zamanda Aİ ölkələri Rusiyadan gələn neftin qiymət tavanını aşağı salmaq barədə razılaşıblar.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600