Avropa liderləri arasında fikir ayrılıqlarının SƏBƏBLƏRİ - AÇIQLAMA

media-hightechnic-468x90

Danimarkada keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində əsas müzakirə mövzularından biri də Rusiya-Ukrayna müharibəsi və Avropanın təhlükəsizliyidir.

media-banner_tuq

Qapalı danışıqlar zamanı bu istiqamətdə fikir ayrılıqlarının yaşandığı bildirilir. Müdafiəyə yönəlik danışıqların iki saat davam etməsi planlaşdırılsa da, liderlər protokoldan kənara çıxaraq müzakirələri xeyli uzadıblar.

media-photo_248745

Siyasi şərhçi Əziz Əlibəyli Yenicag.az-a bildirib ki, müttəfiqlər məsələnin həlli üçün fərqli yollar seçiblər:

“Son proseslər Qərb ilə Şərq arasında baş verən qarşıdurmanın nəticələrini əks etdirir. Ümumilikdə proseslərə nəzər salsaq, ehtimal etmək olar ki, yaxın vaxtlarda İsrail-İran arasında yenidən gərginlik yarana bilər. Hazırda isə müharibənin cəbhələrinin hansı ölkələrə yayılacağı ilə bağlı fərqli baxışlar mövcuddur. Hesab edirəm ki, hazırda Rusiya cəbhəsində status-kvo qorunacaq. Lakin bir məqama diqqət yetirmək lazımdır ki, Ukraynanın dəstəkçiləri Rusiyanın müttəfiqlərini zəiflətmək strategiyasını seçiblər və fəaliyyətlərini bu istiqamətdə qururlar”.

Məlik Məlikov

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05