!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avropa Mərkəzi Bankı faiz dərəcələrini artırdı

!Reklam – Yazi

Avropa Mərkəzi Bankı (AMB) faiz dərəcələrini 75 bənd artırıb.

Yenicag.az “Habertürk”ə istinadən xəbər verir ki, bu, bankın tarixində ən böyük faiz artımı olub.

75 əsas bəndlik artımla marjinal kredit imkanları 1,5 faiz, depozit faiz dərəcəsi isə 0,75 faizə yüksəlib. Faiz dərəcələrinin rekord səviyyədə artırılması qərarı Avrozonada illik inflyasiyanın avqust ayında 9,1 faizlə tarixi pik həddinə çatmasından sonra verilib.

Avropa Mərkəzi Bankının açıqlamasına görə, qarşıdakı iclaslarda faiz artımının davam etdiriləcəyi gözlənilir. Eyni zamanda, avqust ayında 9,1 faizlə rekord səviyyəyə yüksələn inflyasiyanın daha da arta biləcəyi ifadə olunub.

“Enerji və ərzaq qiymətlərinin artması, iqtisadiyyatların yenidən açılması ilə əlaqədar bəzi sektorlarda tələb təzyiqləri və təklif çatışmazlığı inflyasiyanı artırır. Qiymət təzyiqi həm artıb, həm iqtisadiyyata yayılıb, həm də inflyasiya daha da artıb”, – deyə açıqlamada qeyd olunub.

2023-cü ildə inflyasiyanın 5,5 faiz, 2024-cü ildə isə 2,3 faiz olacağı gözlənilir.

Gülşən

www.yenicag.az

476
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv