Avropa Oyunları Avropa mətbuatında

media-hightechnic-468x90

1433579085551904207_750x500“Neurope.eu” saytında “Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı təbliğat xarakterli məqalə yayımlanıb.

Yenicag.az azertac-a istinadən xəbər verir ki, məqalədə Oyunlar haqqında geniş məlumat verilir, 6 mindən artıq idmançının qatılacağı yarışları 2 mindən artıq yerli və xarici jurnalistin işıqlandıracağı qeyd edilir.

İyunun 12-dən 28-dək keçiriləcək Oyunların azarkeşlərə böyük həyəcan yaşadacağının qeyd olunduğu yazıda Avropa Oyunlarının proqramına daxil edilmiş idman növləri barədə məlumat verilir.

Məqalədə qeyd edilir ki, “Bakı-2015” ilk Avropa Oyunları idmançılara 2016-cı ildə Rio de Janeyroda keçiriləcək Olimpiya Oyunlarına vəsiqə qazanmaq imkanı verəcək.

Yazının sonunda ikinci Avropa Oyunlarının Niderlandda keçiriləcəyi diqqətə çatdırılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa