!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avropa Parlamenti minimum əməkhaqqı ilə bağlı qərar qəbul etdi

!Reklam – Yazi

Avropa Parlamenti Avropa İttifaqı ölkələrində minimum əməkhaqqına yeni qaydaları gətirən hüquqi tənzimləməni müzakirə edib.

Yenicag.az “Habeglobal”a istinadən xəbər verir ki, kollektiv müqavilələrin genişləndirilməsi və minimum əməkhaqqının artırılması məqsədi daşıyan qanunu Avropa Parlamentinin deputatları 505 “hə”, 92 “xeyr” və 44 “bitərəf” səsi ilə qəbul ediblər.

Qanuna görə, minimum əməkhaqqının müəyyən edilməsi üzv dövlətlərin səlahiyyətində qalacaq. Ölkələrdə minimum əməkhaqqının adekvatlığı qiymətləndiriləcək. Tətbiq olunan minimum əməkhaqqının işçilərin humanist şəraitdə yaşaması üçün yetərli olması təmin ediləcək.

Aİ ölkələri sui-istifadə edilmiş subpodratçılığa, özünüməşğulluğa və qeydiyyatsız əlavə işlərə qarşı ciddi nəzarət edəcək və sanksiyalar tətbiq edəcək. Əməkhaqqının yalnız kollektiv müqavilələr əsasında müəyyən edildiyi Aİ ölkələri bu qaydalardan azad olacaqlar.

Yeni qaydalar 2 illik keçid dövründən – Avropa Şurasının təsdiqindən sonra qüvvəyə minəcək. Aİ-yə üzv olan 27 ölkədən 21-də minimum əməkhaqqı var. Danimarka, İtaliya, Yunan Kipr Administrasiyası (GCA), Avstriya, Finlandiya və İsveçdə maaşlar kollektiv danışıqlar nəticəsində müəyyən ediləcək.

Gülşən

www.yenicag.az

367
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv