"Avropa Parlamentinin niyyəti sülhə zərbə vurmaqdır" – Deputatdan AÇIQLAMA

media-hightechnic-468x90

 

media-banner_tkm

“Avropa Parlamenti yalnız Ermənistanda demokratiya bərqarar olduqdan sonra bu layihəni müzakirəyə çıxara bilər.”

“Avropa Parlamentində müzakirəyə çıxarılmış “Ermənistanda demokratik dayanıqlığın dəstəklənməsi” adlı qətnamə layihəsi nominal olaraq Ermənistana dəstək kimi təqdim olunsa da, bir sıra bəndlər birbaşa Azərbaycana qarşı əsassız ittiham və tələblər ehtiva edir.

Bu layihəni Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu sərt tənqid edib və Avropa Parlamentini ikiüzlülükdə günahlandırıb:

“Avropa Parlamentində müzakirəyə çıxarılmış “Ermənistanda demokratik dayanıqlığın dəstəklənməsi” adlı layihə əslində Ermənistana dəstəkdən daha çox Azərbaycan və Ermənistan münasibətlərini korlamağa hesablanıb. Əgər bir qətnamədə heç bir ehtiyac olmadığı halda Azərbaycanla bağlı mənfi müddəalar daxil edilirsə, bu, kövrək sülhə doğru addımların atıldığı bir mərhələdə Avropa Parlamentinin niyyətinin heç də demokratiya olmadığını göstərir. Əgər həqiqətən Aİ Ermənistandakı demokratik strukturda maraqlıdırsa, o zaman monoetnik daxili struktura malik olan ölkədə demokratiya axtarmağın özü yersizdir. Bu faktın özü sübut edir ki, sözügedən cəmiyyətdə demokratik əhval-ruhiyyə, demokratiyanın vacib şərtləri olan dözümlülük və tolerantlıq mühiti yoxdur.

Digər tərəfdən, Ermənistanın əzəli əhalisi olan azərbaycanlılar artıq bu ölkənin etnik strukturunda iştirak etmirlər. Ona görə ki, onlar Ermənistanda etnik təmizləmə siyasətinə məruz qalıblar. Belə olan halda Ermənistanda hər hansı bir demokratiyadan və ya onun dayanıqlığından danışmaq gülüncdür. Düşünürəm ki, məsələni bu cür qoymaqla Aİ özü-özünü antidemokratik vəziyyətə salır. Ermənistanda demokratiya o zaman mümkün olacaq ki, hüquqları pozulmuş 350 mindən çox azərbaycanlı öz tarixi torpaqlarına qayıtsın, vətəndaşı olduqları Ermənistan Respublikasının yenidən bərabərhüquqlu sakinlərinə çevrilsinlər. Yalnız bu halda Aİ-nin Ermənistandakı demokratiya ilə bağlı məsələni gündəmə gətirməsi mümkün ola bilər.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05