Avropa və ABŞ arasında "Hörmüz" razılaşması? — Berlin hərəkətə keçir: Müharibə anonsu?

media-hightechnic-468x90

“Fridrix Mertsin Hörmüz boğazı ilə bağlı bəyanatı həm də Amerikanı yumşaltmaq üçün bir xəbərdarlıqdır”

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu fikirləri politoloq Xəqani Cəfərli Almaniya kansleri Fridrix Mertsin Hörmüz boğazında dəniz yollarının azadlığını təmin etmək üçün hərbi gücdən istifadə etməkdən çəkinməyəcəyi ilə bağlı açıqlamasını şərh edərkən deyib.

Politoloq qeyd edib ki, bu bəyanat həm iqtisadi maraqlardan, həm də Vaşinqtonla münasibətləri tənzimləmək ehtiyacından qaynaqlanır:

“İranın Hörmüz boğazında gəmilərin hərəkətini məhdudlaşdırmasından ən çox zərər görən ölkələrdən biri Almaniyadır. Bu səbəbdən Berlin boğazın açılmasında son dərəcə maraqlıdır. Digər tərəfdən, Donald Trampın çağırışlarına rəğmən, Avropanın bu məsələdə ABŞ-la birgə hərəkət etməməsi tərəflər arasındakı münasibətləri zədələmişdi. İndi kansler Fridrix Mertsin hərbi güc tətbiqini istisna etməməsi Vaşinqtonla Berlin arasındakı gərginliyi yumşaltmağa xidmət edən strateji bir gedişdir”.

Xəqani Cəfərli İranın blokadaya daha ağır qarşılıq verəcəyi və SEPAH-ın təhdidləri barədə də danışıb:

“ABŞ-ın hücumu məhdud xarakterli olsa belə, Tehranın ‘uzunmüddətli və ağrılı zərbələrlə’ cavab verəcəyi barədə bəyanatı genişmiqyaslı terror əməliyyatlarının anonsu kimi qəbul edilməlidir. SEPAH-ın əsas gücü ölkə xaricindəki 110-dan artıq proksi qüvvədir. Bu qüvvələr İranın süqutu ilə özlərinin də yox olacaqlarından çəkinirlər. Buna görə də SEPAH-ın göstərişi ilə geniş bir coğrafiyada çoxsaylı terror aktları törədilməsi ehtimalı olduqca yüksəkdir”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05