Avropa və ABŞ-da ötən ay təbii qaz ucuzlaşdı

media-hightechnic-468x90

Bu ilin avqust ayında Avropada qazın orta qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 11,15 dollar səviyyəsində olub, bu da iyul ayının göstəricisi (11,62 dollar) ilə müqayisədə 4% azalma deməkdir.

Bu barədə Yenicag.az Dünya Bankının əmtəə qiymətləri üzrə aylıq hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, cari ilin iyun ayında Avropada qazın orta qiyməti 12,37 dollar təşkil edib.

Cari ilin ikinci rübündə (aprel-iyun ayları) Avropada təbii qazın orta qiyməti 11,87 ABŞ dolları təşkil edib, bu da ötən ilin aprel-iyun aylarının göstəricisi ilə (10,03 dollar) müqayisədə 18,3% çoxdur. ilin birinci rübünün göstəricisi (14,41 dollar) ilə müqayisədə aprel-iyun aylarında qiymət 17,6% azalıb.

Məlumata görə, cari ilin avqust ayında ABŞ-da təbii qazın orta qiyməti 2,91 dollar olub, bu da iyul ayının göstəricisi (3,19 dollar) ilə müqayisədə 8,8% azdır. İyun ayında ABŞ-da təbii qazın orta qiyməti 3,02 dollar səviyyəsində olub.

Bildirilir ki, yanvar-aprel aylarında ABŞ-da təbii qazın orta qiyməti 1 mln. BTU-ya görə 3,18 dollar təşkil edib, bu da ötən ilin ikinci rübünün göstəricisi ilə (2,08 dollar) müqayisədə 52,9% çoxdur. ilin birinci rübünün göstəricisi (4,15 dollar) ilə müqayisədə isə aprel-iyun aylarında qiymət 23,4% azalıb.

Qeyd olunur ki, 2024-cü ildə Avropa və ABŞ-da qazın orta qiyməti müvafiq olaraq 10,96 dollar (16,4% azalma) və 2,19 dollar (13,8% azalma) təşkil edib.

Xatırladaq ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb./apa

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa