!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avropada inflyasiya RİSKİ: Mərkəzi Bankın sədri xəbərdarlıq etdi

!Reklam – Yazi

Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard avrozonada inflyasiya göstəricilərinin arta biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Yenicag.az “Haber Global”a istinadən xəbər verir ki, Kristin Laqard bu barədə Avropa Parlamentinin İqtisadi və Maliyyə Məsələləri Komitəsinin Brüsseldə keçirilən sessiyasında danışıb.

Onun sözlərinə görə, qlobal iqtisadiyyatda yaranan gərginlik yeni geosiyasi mənzərə yaradıb. Son zamanlar avrozonada iqtisadi fəallıq azalıb və qarşıdakı dönəmdə vəziyyətin yaxşılacağı gözlənilmir.

Laqard bu ehtimalı avrozonada üçüncü rüb ərzində real Ümumi Daxili Məhsul (ÜDM) 0,1 faiz azalması ilə əsaslandırıb.

Bank rəhbəri çıxışında qeyd edib ki, iqlim böhranı da sürətlənməyə davam edir və nəticədə təbii fəlakətlərin sayı artır. Digər tərəfdən, ekstremal hava hadisələri qlobal iqtisadiyyatda yaranmış problemləri daha da dərinləşdirir.

COP29

www.yenicag.az

202
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv