Avropada növbəti HƏYƏCAN – Putin İŞĞAL MESAJI VERDİ? – SENSASİONAL DETALLAR

media-hightechnic-468x90

“Rusiyanın Avropa dövlətlərinə qarşı uğurlu müharibə aparmaq istəyi də, imkanları da yoxdur”.

Bunu Yenicag.az-a açıqlamasında irlandiyalı siyasi ekspert, analitik, tarixçi Patrik Uolş deyib.

media-patrikuolsh1

O, Rusiya lideri Vladimir Putinin ölkəsinin Avropanı işğal etmək kimi bir niyyətinin olmaması barəsində söylədiyi fikirlərə münasibət bildirib.

Onun sözlərinə görə, bu dövlətlər NATO çərçivəsində kollektiv müdafiəyə malikdir:

“Rusiya üçün Ukraynanın rusdilli bölgələrini işğal etmək 3 il çəkib. Moskvanın Krım və Donbasdan daha çoxunu istədiyinə dair çox az dəlil var və Donbasın statusu Kiyev tərəfindən tanınsaydı, Rusiyanın bununla kifayətlənəcəyinə dair əminlik var idi. Beləliklə, Avropaya hərbi müdaxilə məsələsi, əslində, Qərbin nağılından başqa bir şey deyil”.

“Tarixi baxımdan, Rusiya yalnız Avropa dövlətləri tərəfindən hücuma məruz qaldıqda Avropaya hərbi müdaxilə edib – 1812 və 1941-ci illərdə. Rusiya təhdidi isə Avropa liderləri tərəfindən uydurulub, ona görə ki Tramp dövründə müdafiəyə xərclərin artmasını izah etmək üçün belə bir səbəb lazım idi. Onlar bunu seçicilərinə izah etməli idilər və Rusiya təhdidi ən rahat vasitədir. Avropanın siyasi elitası hətta özləridə bu təhdidə inanmırlar, çünki insansaydılar, kütləvi ordu qurub ÜDM-lərinin 3-4 faizindən çoxunu müdafiəyə xərcləyərdilər”, – deyə o, fikirlərini tamamlayıb.

Rafi Müslümov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa