Avropadan gələn SÜLH MESAJI – “Qoca qitə”ni Azərbaycanın ayağına gətirən GİZLİ SƏBƏBLƏR

media-hightechnic-468x90

“Azərbaycan öz dəyişməz mövqeyi, iradəsi və artan gücü ilə yalnız bölgənin deyil, həm də dünyanın fenomen dövlətinə çevrilir”.

Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva deyib.

O, bir zamanlar Ermənistana mülki missiya adı altında keçmiş hərbçilərdən ibarət qrup yollayan Avropa İttifaqının indi Azərbaycanla Ermənistan arasında sülhün tez bir zamanda əldə olunması üçün səsləndirdiyi təşəbbüslərin pərdəarxası mahiyyətindən danışıb.

Millət vəkili bildirib ki, Azərbaycanın getdikcə möhkəmlənən mövqeyi və dünyada artan nüfuzu indiyədək ölkəmizə ikili standartlar prizmasından yanaşan, qərəzli mövqe sərgiləyən beynəlxalq qurum və institutları yenidən düşünməyə vadar edir.

“Bu gün artıq istər Avropa İttifaqı olsun, istərsə də Azərbaycanda daim hansısa qüsur axtarmağa çalışan xarici qüvvələr – hər biri anlayır ki, Azərbaycan 30 il əvvəlki Azərbaycan deyil. Əgər 30 illik işğal dövründə Avropa İttifaqı, ATƏT, BMT və digər beynəlxalq təşkilatlar buna göz yumurdularsa, bu gün artıq anlayırlar ki, Azərbaycan qalib ölkədir. Prezident İlham Əliyevin də dediyi kimi, Azərbaycan öz haqqını, öz hüququnu özü təmin etdi, bərpa etdi, BMT-nin Qarabağla bağlı qətnamələrini Azərbaycan özü reallaşdırdı. Azərbaycan torpaqlarını işğaldan azad, ədaləti bərpa, suverenliyini təmin etdi. İndi isə haqq yolunda inamla irəliləyir. Bu yolda Azərbaycan getdikcə daha çox tərəfdaş, dost və strateji partnyor qazanır”.

J. Əliyeva xatırladıb ki, son günlərdə Prezident İlham Əliyevin ABŞ-yə, daha sonra isə Çin Xalq Respublikasına səfərləri hər iki ölkənin – həm Şərqin, həm də Qərbin böyük güclərinin Azərbaycan Prezidentinə göstərdiyi hörmət və ehtiram, səmimi dostluq münasibətləri, səsləndirilən xoş sözlər, əlbəttə ki, Azərbaycana qarşı qərəzli kampaniya aparan qüvvələri düşünməyə məcbur edir:

“Bu gün sual yaranır: biz kimin tərəfində olmalıyıq? Azərbaycanınmı, Ermənistanınmı? Haqqın və ədalətin tərəfindəmi, yoxsa haqsızlığın, ədalətsizliyin tərəfindəmi? Məğlubun tərəfindəmi, qalibin tərəfindəmi? Bu suallar ritorik səslənsə də reallıq budur. Azərbaycan öz dəyişməz mövqeyi, iradəsi və artan gücü ilə yalnız bölgənin deyil, həm də dünyanın fenomen dövlətinə çevrilir. Azərbaycan dövlətinin başçısı, Prezident İlham Əliyev isə dünya səviyyəli, nüfuzlu bir lider statusu qazanıb. Onun fikirləri, iradəsi ilə hesablaşmaq bu gün bir çox ölkələr üçün mühüm amilə çevrilib. Prezidentin illər öncə söylədiyi kimi, bölgədə Azərbaycanın razılığı olmadan heç bir beynəlxalq layihə həyata keçirilə bilməz. Bu, artıq reallıqdır”.

Müsahibimiz onu da əlavə edib ki, Azərbaycan böyük beynəlxalq layihələrin ev sahibidir, qapılarını iri iqtisadi təşəbbüslərə açıb, logistika mərkəzinə çevrilib:

“Zəngəzur dəhlizinin açılması ilə Şərqlə Qərbin, Şimalla Cənubun kəsişməsində yeni bir canlı orqanizm formalaşır. Bu da həm regionun inkişafına, həm də dəyişən dünyanın çağırışlarına cavab olaraq iqtisadiyyatın güclənməsinə, xalqların rifahının yüksəlməsinə xidmət edəcək. Bu baxımdan, Avropa İttifaqının artıq “sülh əldə olunmalıdır” mövqeyi, əslində, öz gələcəyinə, mövcudluğunun sabahına ümid pəncərəsi açmaq niyyətini ifadə edir. Baş verən mövqe və fikir dəyişiklikləri Azərbaycanın növbəti uğuru kimi qiymətləndirilməlidir. Bu, Azərbaycan dövlətinin və onun rəhbəri, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin, səmərəli diplomatiyanın bəhrəsidir”.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa