!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avrozonada rekord İNFLYASİYA: “Köhnə dünya”da maliyyə gərginliyi artır

!Reklam – Yazi

Avropa İttifaqı ölkələrində 2022-ci ilin iyununda inflyasiya 0,5 faiz artaraq 8,6 faiz təşkil edərək yeni rekord vurub.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, bu barədə məlumatı nüfuzlu “Financial Times” nəşri yayımlayıb.

İnflyasiyanın rekord həddə çatması Avropa Mərkəzi Bankında faiz dərəcələrinin artım planlamasının sürəti ilə bağlı ciddi gərginliyə səbəb olub.

Qeyd olunur ki, inflyasiya artımının əsas səbəbi ərzaq məhsullarının və enerji daşıyıcılarının kəskin bahalaşmasıdır.

Məlumata görə, iyun ayı ərzində avrozonada enerji daşıyıcılarının qiymətində 42 faiz, ərzaq, alkoqol və tütün məhsullarının qiymətində isə 8,9 faiz artım qeydə alınıb.

www.yenicag.az

342
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv