Avtobus avtomobillə toqquşdu: 2 ölü-Mingəçevirdə
Mingəçevir şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib. Şəhər Polis Şöbəsindən verilən məlumata görə, hadisə bu gün səhər saatlarında Mingəçevir avtovağzalı yaxınlığında qeydə alınıb. 8 saylı xətt üzrə hərəkət edən marşrut avtobusu “VAZ-2109” markalı avtomobillə toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb, 10-a yaxın şəxs xəsarət alıb.
Hazırda hadisə yerində araşdırma aparılır(apa).