Avtobus sürücüləri cərimələndi

media-hightechnic-468x90

75177_res_01“Sürücülərə avtobuslarda siqaret çəkməsi, dayanacaqdan kənar saxlaması və musiqilərin qoşulması ilə bağlı ciddi tədbirlər görülür və cərimə sanksiyaları tətbiq olunur”.

Bunu açıqlamasında Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional şöbəsinin rəis müavini Əmrah Cəfərov deyib.

Onun sözlərinə görə, bu günlərdə avtobusda siqaret çəkdiyi üçün 13 sürücü barəsində protokol tərtib olunub: “Bizə İntelektual İdarəetmə Mərkəzindən nöqsana yol verən sürücülərlə bağlı məlumatlar daxil olur və bununla bağlı tədbir görürük. Əgər sürücü mütəmadi olaraq bu cür nöqsanlara yol verirsə, onu sürücülükdən azad edirik. Artıq elektron tablo hazırlanıb. İşindən kənarlaşıdırılan sürücü başqa xətt avtobosunda işə düzələ bilməz. Biz bu cür halların qarşısını alırıq. İşinin öhdəsindən gələ bilməyən sürücülər işindən azad olunacaq”.

Ə.Cəfərov qeyd edib ki, onlar yeni 150 nəfər sürücü hazırlayıblar.

Qeyd edək ki, marşrut avtobuslarında siqaret çəkmək, telefonla danışmaq qadağan edilsə də bəzi sürücülər buna məhəl qoymurlar. Son vaxtlar sosial şəbəkələrdə avtobusu idarə edərkən siqaret çəkən və telefondan istifadə edən sürücülərin fotoları geniş yayımlanır(azvision.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600