!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avtobus və yük maşınlarının sürücülərinə dair yeni tələblər müəyyən edilib

!Reklam – Yazi

Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərə dair tələblər artırılıb.

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması və onların ixtisasının artırılması kursları haqqında Əsasnamə”, “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları” və “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na dəyişiklik edib.

Beləliklə, bundan sonra ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərdən Nazirlər Kabineti tərəfindən iş və istirahət rejiminin xüsusiyyətlərinə dair təsdiq edilmiş xüsusi proqram üzrə hazırlıq keçmək tələb olunacaq.

İndiyə qədər əvvəl ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə sərnişin daşımalarında istismar edilən avtonəqliyyat vasitələrinin sürücülərindən Nəqliyyat Nazirliyi tərəfindən peşə fəaliyyətinə və davranışına dair təsdiq olunmuş xüsusi proqram üzrə hazırlıq keçmək, habelə avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlar barədə zəruri biliklərə malik olmaq tələb edilib. Bundan sonra bu tələb həm də beynəlxalq və yük daşımalarını yerinə yetirən sürücülərə də şamil ediləcək. Eyni zamanda peşə fəaliyyətinə və davranışına dair təsdiq olunmuş xüsusi proqram ləğv edilmiş Nəqliyyat Nazirliyi deyil, Nazirlər Kabineti tərəfindən hazırlanacaq.

Yeniçağ.Az

COP29

www.yenicag.az

787
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv