Avtobus yük maşını ilə toqquşub: 31 ölü
Mərakeşdə sərnişin avtobusunun yük maşını ilə toqquşması nəticəsində 31 nəfər ölüb, 9 nəfər yaralanıb.
Hadisə Tan-Tan şəhəri yaxınlığında baş verib.
Yük maşını ilə toqquşduqdan sonra avtobus yanmağa başlayıb. Avtobusda gənc atletlər və onların məşqçisi olub. Onlar ölkənin şimalında keçirilən yarışlardan qayıdırlarmış.
Faktla bağlı araşdırma aparılır.