!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avtodayanacaqlarda “BakıKart” terminalları ilə bağlı mübahisəli vəziyyət yarandı

!Reklam – Yazi

Son vaxtlar paytaxtın avtobus dayanacaqlarında “BakıKart”ların balansının artırılması üçün nəzərdə tutulan ödəniş terminallarına, demək olar ki, rast gəlinmir. Bir-iki ay əvvələ qədər dayanacaqlarda mövcud olan terminalların bir çoxu yığışdırılıb.

Yenicag.az xəbər verir ki, bu vəziyyət isə ictimai nəqliyyatdan istifadə edən vətəndaşların narahatlığına və narazılığına səbəb olub. Çünki dayanacaqlarda karta gediş haqqı vura bilməyən vətəndaşlar kimdənsə onun əvəzinə pul ödəməyi xahiş etmək məcburiyyətində qalırlar. Ya da müəyyən məsafə qət edərək metro stansiyalarına, terminalların olduğu başqa ünvanlara üz tuturlar.

Sərnişinlər deyirlər ki, kartın balansında pul olmayanda yükləməyə yer tapmırıq: “Məcbur qalıb kimdənsə xahiş edirik ki, bizim yerimizə ödəniş edin, biz sizə nağd formada verək… Onsuz da dayanacaqlardakı terminallarla bağlı çox problemlər yaşayırdıq. Gah işləmirdi, gah pul götürmürdü, gah da o qədər adam sırada dururdu ki, gələn avtobusu belə ötürürdük. Bilmirik, bu terminallar niyə yoxa çıxıb?”

Maraqlıdır, avtobus dayanacaqlarında ödəmə terminalları niyə yığışdırılır?
Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov “Bakı-Xəbər” qəzetinə bildirib ki, ödəmə terminalları əhalinin metroya yönləndirilməsi üçün yığışdırılıb: “Çünki kifayət qədər avtobus olmadığı üçün insanlar saatlarla dayanacaqda qalmaq məcburiyyətində qalırlar. Ancaq insanların narahatlığını da nəzərə almaq lazımdır. Bu səbəbdən də yaxşı olar ki, dayanacaqlarda ödəmə terminalları quraşdırılsın. Həmçinin, avtobusun özündə də ödəmə imkanı olsun. Bu ödəniş forması yalnız “BakıKart”ı ilə deyil, istənilən debet və ya kredit kartı ilə də mümkün olsa daha yaxşı olar. Onu da deyim ki, dünyanın bir çox ölkəsində kart ümumiyyətlə yığışdırılır. İnsanlar mobil telefonları ilə pul ödəyirlər. Ödənişin müasir üsullarını tətbiq etmək lazımdır. Sərnişinlər əziyyət çəkirlər. Ehtiyac olan yerlərə terminallar quraşdırılmalıdır”.

Ekspertin sözlərinə görə, avtobus dayanacaqlarında ödəmə terminallarının olmaması vətəndaşların ictimai nəqliyyata əlçatanlığını azaldır. Belə olan halda insanlar metroya getməli olurlar ki, bu da metroda sıxlığın yaranmasına şərait yaradır.

www.yenicag.az

227
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv