Avtomobil alqı-satqısında 21 min manatlıq dələduzluq edən şəxs saxlanıldı

media-hightechnic-468x90

Bakıda avtomobil alqı-satqısı adı altında 21 min manatdan artıq dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Binəqədi rayon sakini olan iki nəfər polisə müraciət edərək avtomobil alış-verişi adı altında aldadılaraq ümumilikdə 21 min manatdan artıq pul vəsaitlərinin ələ keçirildiyini bildiriblər.

Keçirilən tədbir nəticəsində dələduzluq əməlini törətməkdə şübhəli bilinən 21 yaşlı E.Qulamov saxlanılıb.

Araşdırmalarla E.Qulamovun zərərçəkənlərdən birinə məxsus “Nissan” markalı avtomobili ondan alaraq ödəniş etmədiyi, daha sonra isə həmin nəqliyyat vasitəsini ikinci şəxsə satacağı vədi ilə onun da pulunu ələ keçirdiyi müəyyən olunub.

Faktla bağlı araşdırma aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa