Avtomobil dərəyə AŞDI: 5 nəfər YARALANDI

media-hightechnic-468x90

Türkiyənin Rize vilayətinin İkizdere rayonunda avtomobilin dərəyə yuvarlanması nəticəsində 5 nəfər xəsarət alıb.

Yenicag.az xəbər verir ki, hadisə səhər saatlarında Çamlık məhəlləsi ərazisində baş verib. Qeyd olunur ki, sürücü avtomobilin sükan hakimiyyətini itirib. Nəticədə avtomobil təxminən 10 metr hündürlükdən dere yatağına düşüb.

Qəza zamanı avtomobildə olan sürücü ilə birlikdə daha 4 nəfər xəsarət alıblar. Hadisə yerinə jandarma və təcili tibbi yardım briqadaları cəlb olunub.

Xilasedicilər tərəfindən avtomobildən çıxarılan yaralılar təcili yardım maşınları ilə yaxınlıqdakı xəstəxanalara çatdırılıblar. Yaralıların həyatlarının təhlükədə olmadığı bildirilib.

Qəza ilə bağlı araşdırma aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa