KİV: ABŞ nümayəndələri İranla danışıqlarda iştirak etməyəcəklər

media-hightechnic-468x90

ABŞ nümayəndə heyəti İranla danışıqlarda iştirak etmək üçün Omana gəlməyəcək, lakin Vaşinqton Oman və Qətər nümayəndələri ilə ünsiyyəti davam etdirəcək.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb.

Daha əvvəl bildirilirdi ki, ABŞ Prezidenti Donald Tramp vitse-prezident Cey. Di. Vensin, kürəkəni Cared Kuşnerin, xüsusi elçi Stiven Uitkoffun və dövlət katibi Marko Rubionun rəhbərlik etdiyi danışıqlar qrupuna Tehranla dialoqu davam etdirmək tapşırığı verib.

“İranda danışıqlar üçün vitse-prezident də, Rubio da, Kuşner də, Uitkoff da Omanda olmayacaq. ABŞ-nin texniki danışıqlar aparan qrupları da dialoqda iştirak etməyəcək. Lakin amerikalı məmurun sözlərinə görə, danışıqlar davam etdiyi müddətdə ABŞ Oman və Qətər nümayəndələri ilə uzaqdan əlaqə saxlamağa davam edəcək”, – deyə CBS jurnalisti Cennifer Ceykobs “X” sosial şəbəkəsində yazıb.

Daha əvvəl “Axios” jurnalisti Barak Ravid ABŞ rəsmilərinə istinadən bildirib ki, Ağ Ev İrandan Hörmüz boğazının açıq elan etməyi və ticarət gəmilərinə hücumları dayandıracağına söz verməyi tələb edir.

Bu məlumatların fonunda İranın xarici işlər naziri Abbas Əraqçi Hörmüz boğazı ilə bağlı danışıqlar üçün Omana gəlib./oxu.az/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05