Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Avtomobil motosikletlə toqquşdu - Ölən var

Bakıda minik avtomobili motosikletlə toqquşub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, avqustun 18-də saat 19 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində qəsəbə sakini Vahid İmranovun idarə etdiyi “UAZ” markalı avtomobillə 25-30 yaşlı kişinin idarə etdiyi motosiklet toqquşub.

Xəstəxanaya yerləşdirilən motosikletin sürücüsü orada ölüb.
Faktla bağlı araşdırma aparılır.

Yenicag.Az

www.yenicag.az

324