!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avtosfer.az saytının 3 yaşı tamam oldu

!Reklam – Yazi

Ölkənin internet mediasında özünəməxsus yeri olan Avtosfer.az saytı 3 yaşını qeyd edir.

Yeniçağ.Az xəbər verir ki, bu barədə fikirlərini bölüşən Avtosfer.az saytının rəhbəri Elməddin Muradlı bu uğurlu layihəni daha da genişləndirmək niyyətində olduğunu deyib:

“Bu sayt mənə çox şey öyrətdi. Avtosfer.az saytı mənim üçün nə qədər önəmlidirsə, cəmiyyətimiz, sürücülər, piyadalar və yol polisləri üçün də o qədər önəmlidir. Bu saytı biz Prezident yanında QHT Şurasının və yaxşı dostların dəstəyi ilə yaratdıq. Şuraya çox təşəkkür edirəm ki, bu gün də saytın fəaliyyətini davam etdirməsinə yardım göstərir. Eyni zamanda, bizə dəstək olan dostlarımız da var.
Avtosfer.az saytına sağdan-soldan zərbə vuranlar da, üzdə dost, arxada düşmən kimi görünənlər də oldu. Ancaq əsas odur ki, Avtosfer.az saytı cəmiyyətimiz üçün bir boşluğu doldurdu. Bu saytda heç vaxt kiməsə təmənnalı, pullu xidmət göstərilməyib. Heç vaxt “SMS göndər, suala cavab verək”, – deməmişik. Əksinə, sual verənlərə, suallara cavab yazanlara hədiyyə vermişik. Üç ildir, sürücülərin hüquq və vəzifələrindən danışırıq.
Dönüb geriyə baxanda görürəm ki, sürücülərimizin çoxu hüquqlarını öyrənib, amma vəzifələrini öyrənmək istəmirlər. Hamı düşünür ki, necə edim, cərimə ödəməyim. Bu, çox səhv düşüncədir. Qayda pozmamaq daha yaxşı olardı. Yol polisləri arasında çoxlu sədaqətli dostlar qazanmışam. Düzdür, formal dostluqlar daha çoxdur. Amma inanın, bu sistemdə çox mərd oğlanlar var. Hamısına təşəkkür edirəm. Hətta DYP-nin rəhbər şəxsləri arasında sağlam düşüncəli insanlar tanıdım.
“Biz tənqidə normal yanaşırıq, tənqid olanda işimizi ona uyğun qurub problemləri həll edirik”, – deyən general gördüm. Bunları sözdə eşitsəydim inanmazdım, amma oldu. Sağlam tənqidə normal yanaşdılar. Bütün bunların fonunda, “bizdən yazma, qoy işimizi görək” deyənlərlə də rastlaşdıq. Onlar bu gün də var. Nə edək?
Dəstək olan hər kəsə təşəkkür edirəm. Dəstək olurmuş kimi görünənlər də sağ olsunlar. Bircə, ayağımızdan çəkməsinlər, qalanını özləri bilər. 3 yaş hələ azdır.
Bu yaşda insan yeni-yeni dil açmağa başlayır. Qismət olsa, sizlərlə birlikdə daha da böyüyəcəyik”.

Yeniçağ.Az

www.yenicag.az

803
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv