AXCP Müsavatın mitinqində iştirakdan imtina etdi
Fuad Qəhrəmanlı: “AXCP-də Müsavatın keçirəcəyi mitinqdə iştirakla bağlı hər hansı bir məsələ müzakirə olunmur”
Dekabrın 14-də Müsavat Partiyası “Məhsul” stadionunda insan haqları günü münasibətilə mitinq keçirməyi planlaşdırıb. Bu aksiyada müxtəlif qüvvələrin iştirakı gözlənilir. Qeyd edək ki, Müsavat təmsilçiləri Milli Şuranın keçirdiyi son iki mitinqə qatılmışdı. Amma Əli Kərimlinin rəhbəri olduğu AXCP Müsavatın təşkil etdiyi mitinqdə iştirak etməyəcək.
Bunu Yenicag.az saytına açıqlamasında AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi. O hətta fərdi şəkildə olsa da, cəbhəçilərin həmin aksiyaya qatılmayacağını dedi: “AXCP-də Müsavatın keçirəcəyi mitinqdə iştirakla bağlı hər hansı bir məsələ müzakirə olunmayıb və olunmur da. Ümumiyyətlə, müzakirə olunmayan məsələ ilə bağlı hər hansı fikir bildirmək istəmirəm”.
Rüfət